"Bu tədbirin zəngin tarixi irsi müasir və zərif sima ilə harmonik şəkildə birləşdirən Bakı şəhərində keçirilməsi dayanıqlı şəhər inkişafı üzrə qlobal gündəliyin əhəmiyyətini və regionumuzun onun formalaşmasında artan rolunu vurğulayır", - deyə o bildirib.
Bektenov qeyd edib ki, hazırda əhalisinin 63 faizdən çoxunun şəhər ərazilərində yaşadığı Qazaxıstan üçün rahat yaşayış şəraitinin və layiqli məşğulluq imkanlarının təmin olunması dövlət siyasətinin əsas prioritetlərindən biri olaraq qalır.
"Məhz buna görə biz insan yönümlü yanaşmanı həyata keçiririk. Bu yanaşmada rahatlıq, təhlükəsizlik, əlçatanlıq və ekoloji dayanıqlılıq vətəndaşlar üçün şəhərlərin əsasını təşkil edir", - deyə o bildirib.
Источник: news.day.az
Комментарии
Загрузка…
Оставить комментарий