Konkret olaraq, şəxsi hesaba icazəsiz daxil olmaq Cinayət Məcəlləsinin 271-ci (Kompüter sisteminə qanunsuz daxil olma) maddəsi ilə tövsif edilir. Mesajların oxunması və yayılması isə 155-ci (Yazışma, telefon danışıqları, poçt, teleqraf və ya digər məlumatların sirrini pozma) və 156-cı (Şəxsi həyatın toxunulmazlığını pozma) maddələri əhatə edir. Qanunsuz olaraq başqasının şəxsi məlumatlarını əldə edən və ya yayan şəxsləri törətdiyi əməlin dərəcəsindən asılı olaraq ağır cəzalar gözləyir.

Bu cinayətlərə görə qanunvericilikdə həm minlərlə manat məbləğində böyük pul cərimələri, həm də azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub. Əməli törədən şəxslər min manatdan bir neçə min manatadək cərimə oluna, 1 ildən 3 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya müəyyən hallarda 3 ilədək müddətə birbaşa həbs cəzası ilə cəzalandırıla bilərlər. Əgər bu əməl vəzifəli şəxs tərəfindən və ya xüsusi texniki vasitələrlə edildikdə cəza daha da ağırlaşır.