"Qədim İpək Yolunun kəsişməsində yerləşən və Xəzər sahilində gələcəyin şəhəri olan tarixi Bakı şəhərində sizin qarşınızda çıxış etmək mənim üçün böyük şərəfdir. Azərbaycan hökumətinə və xalqına göstərdikləri müstəsna qonaqpərvərliyə və uzaqgörənliyə görə səmimi təşəkkürümü bildirirəm", - deyə o bildirib.

O vurğulayıb ki, qlobal şəhər gündəliyi bu gün çoxtərəfli əməkdaşlığın əsası kimi hər zamankından daha аktualdır.

Nazir həmçinin qeyd edib ki, WUF13 müxtəlif ölkələrin nümayəndələrini ümumi urbanizasiya problemlərinin həlli yollarını birgə axtarmaq üçün bir araya gətirib.