Eyni zamanda, Müşfiqabad qəsəbəsi yaxınlığında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş növbəti ağacəkmə aksiyası təşkil edilib. Aksiyada Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Vüqar Kərimov, "Azərlotereya" ASC-nin İdarə Heyətinin sədri Osman Karakuş, nazirliyin əməkdaşları və şirkət nümayəndələri iştirak ediblər.

Aksiyanın keçirilməsində əsas məqsəd ekoloji tarazlığın qorunmasına dəstək vermək, eləcə də gələcək nəsillər üçün daha sağlam və yaşıl mühit formalaşdırmaqdır. Həyata keçirilən ağacəkmə tədbirləri ölkədə yaşıllaşdırma təşəbbüslərinin genişləndirilməsi və ekoloji dəyərlərin təşviqi baxımından mühüm əhəmiyyət daşıyır.

"Azərlotereya" ASC sosial məsuliyyət strategiyası çərçivəsində ekoloji təşəbbüslərə dəstək göstərməyə, ətraf mühitin mühafizəsinə yönəlmiş layihələrdə iştirak etməyə və davamlı inkişaf prinsiplərinə töhfə verməyə bundan sonra da davam edəcək.