- Сотрудники Google требуют запретить использование ИИ компанией в секретных операциях Пентагона
- Письмо адресовано главе Google Сундару Пичаю
- Информация опубликована The Washington Post
Day.Az Milli.Az -a istinadən xəbər verir ki, bu barədə "The Washington Post" qəzetinin əldə etdiyi məktubda qeyd olunub.
600-dən çox əməkdaşın, əsasən DeepMind bölməsinin işçilərinin imzaladığı müraciətdə bildirilib ki, süni intellekt insanlığa fayda verməli, qeyri-insani və zərərli məqsədlərlə istifadə olunmamalıdır. Xüsusilə ölümcül avtonom silahlar və kütləvi izləmə sistemləri narahatlıq doğuran sahələr kimi göstərilib.
Məktubda qeyd olunub ki, Google şirkətinin belə fəaliyyətlə əlaqələndirilməməsinin yeganə yolu hərbi qurumlarla bu tip müqavilələr bağlamamaqdır.
Qeyd edək ki, Pentagon rəhbərliyi yaxın vaxtlarda kommersiya süni intellekt texnologiyalarından qanuni məqsədlər üçün sərbəst istifadə etmək istədiyini açıqlamışdı. Bu məsələ texnologiya sektorunda geniş müzakirələrə səbəb olub.
Mənbə: news.day.az
Комментарии
Загрузка…
Оставить комментарий