Vesti.az-ın məlumatına görə, bunu Çexiyanın Baş naziri Andrey Babiş APA, Azərbaycan Televiziyası və APA TV-yə müsahibəsində deyib.

O qeyd edib ki, bu məsələni Azərbaycan Prezidenti İlham Əliyevlə müzakirə edib və layihələrin həyata keçirilməsində iştirak etməyə hazır olduğunu bildirib.

"Biz bu ərazilərdə investisiya imkanlarını araşdırmaq niyyətindəyik", - deyə Andrey Babiş qeyd edib.

Çexiyanın Baş naziri həmçinin Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesinə toxunub.

O qeyd edib ki, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesi Çexiyanı sevindirir: «Bu proses bizi sevindirir. Münasibətlərin normallaşması və regionda gərginliyin azalması müsbət amildir və biz bunu dəstəkləyirik».