Vesti.az-ın məlumatına görə, bunu Ağ Evin mətbuat katibi Kerolin Livitt bildirib.

«Mən bu gün buraya gəlməyi, suallarınızı cavablandırmağı və ölkə ictimaiyyətini ABŞ administrasiyasının prezident Trampa qarşı bu son sui-qəsd cəhdinə cavab olaraq gördüyü tədbirlər barədə məlumatlandırmağı məqsədəuyğun hesab etdim», — o qeyd edib.

Livitt həmçinin əlavə edib ki, cinayətkar prezidenti və administrasiyanın mümkün qədər çox nümayəndəsini öldürmək niyyətində olub.