"Forum zamanı biz ticarət, investisiya, nəqliyyat, logistika, təmiz enerji, kənd təsərrüfatı və digər əsas sahələrdə əməkdaşlıq perspektivləri, habelə birgə fəaliyyətin təşviqi və işgüzar əlaqələrin möhkəmləndirilməsi barədə fikir mübadiləsi apardıq. Razılaşdırılmış təşəbbüslər və iqtisadi münasibətləri keyfiyyətcə yeni səviyyəyə çıxarmaq üçün ümumi istək ikitərəfli əməkdaşlığımızın inkişafına əlavə təkan verəcəkdir", - nazir qeyd edib.