Bu barədə Report Al-Jazeera-ya istinadən xəbər verir ki, o, Berlində konservativ XDS partiyası və onun Bavariya filialı XSS nümayəndələrinin görüşündə çıxış edib.

Von der Leyen əlavə edib ki, sanksiyalar İranın öz əhalisini sıxışdırdığına görə tətbiq edilib.

"Biz hesab edirik ki, sanksiyaları ləğv etmək hələ tezdir. Əvvəlcə İranda dəyişikliklər, fundamental dəyişikliklər görməliyik ki, sanksiyaları ləğv edək", - deyə o bildirib.