- 27 августа посол Малайзии Азнифах Иснариах Бинти Абдул Гани вручила копию верительных грамот министру иностранных дел Азербайджана Джейхуну Байрамову.
- На встрече обсуждались текущее состояние и перспективы развития азербайджано-малайзийских отношений, включая экономическое, торговое, туристическое и образовательное сотрудничество.
- Джейхун Байрамов подчеркнул важность взаимной поддержки Азербайджана и Малайзии в рамках ООН, ОИС, Движения неприсоединения и D-8.
- Обсуждалась подготовка к саммиту СВМДА в Баку и предстоящее председательство Азербайджана в саммите ОИС в 2027 году.
- Министр проинформировал посла о постконфликтной ситуации и восстановительных работах в регионе.
Day.Az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, görüş zamanı, səfir etimadnaməsinin surətini nazir Ceyhun Bayramova təqdim edib:
"Nazir səfiri təyinatı münasibətilə təbrik edərək, ona Azərbaycandakı diplomatik fəaliyyətində uğurlar arzulayıb. Görüşdə, Azərbaycan-Malayziya ikitərəfli münasibətlərinin cari vəziyyəti və inkişaf perspektivləri, eləcə də çoxtərəfli əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Bu çərçivədə, iqtisadi-ticarət, turizm, təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi və qarşılıqlı maraq doğuran istiqamətlər üzrə birgə səylərin artırılması imkanları nəzərdən keçirilib. Azərbaycanın tranzit-logistika imkanları və enerji təhlükəsizliyində rolu müzakirə olunub. Beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığa toxunan nazir Ceyhun Bayramov BMT, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və D-8 çərçivəsində Azərbaycan və Malayziyanın bir-birini qarşılıqlı dəstəkləməsinin əhəmiyyətini vurğulayıb. Bu kontekstdə, ölkələrimiz arasında mövcud dostluq münasibətlərinin çoxtərəfli platformalarda qarşılıqlı dəstək və həmrəyliklə də müşayiət olunduğu qeyd edilib. Söhbət zamanı, cari ildə Bakıda keçiriləcək Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Zirvə Görüşünə hazırlıq məsələləri müzakirə edilib, Azərbaycanın 2027-ci ildə İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Zirvə Görüşünə ev sahibliyi edəcəyi diqqətə çatdırılıb".
Məlumatda qeyd edilib ki, görüşdə, nazir Ceyhun Bayramov həmçinin bölgədə mövcud vəziyyət, post-münaqişə dövründə həyata keçirilən bərpa və yenidənqurma işləri barədə qarşı tərəfə məlumat verib.
"Səfir səmimi qəbula görə təşəkkürünü ifadə edib, diplomatik fəaliyyəti müddətində Azərbaycan və Malayziya arasında dostluq münasibətlərinin daha da inkişaf etdirilməsi, ikitərəfli və çoxtərəfli əməkdaşlığın genişləndirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini bildirib. Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb"
, - deyə məlumatda qeyd edilib.
Комментарии
Загрузка…
Оставить комментарий