- Глава общественной организации 'Совет ученых азербайджанцев Украины' Ариф Гулиев направил поздравительное письмо первому вице-президенту Азербайджана Мехрибан Алиевой по случаю дня рождения.
- В поздравлении отмечаются заслуги Мехрибан Алиевой в государственном управлении, социальном, гуманитарном и культурном развитии Азербайджана.
- Подчеркивается ее вклад в укрепление международного авторитета страны, а также гуманитарная и благотворительная деятельность.
- Выражены пожелания здоровья, долголетия и успехов в деятельности во благо Азербайджана.
"Ukrayna Azərbaycanlıları Alimlər Şurası" İctimai Təşkilatının rəhbəri Arif Quliyev Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya ad günü münasibətilə təbrik məktubu göndərib.
Day.Az AZƏRTAC -a istinadən xəbər verir ki, təbrikdə deyilir:
"Əziz və çox hörmətli Mehriban xanım.
"Ukrayna Azərbaycanlıları Alimlər Şurası" İctimai Təşkilatının üzvləri olan soydaşlarımız adından və şəxsən öz adımdan doğum gününüz münasibətilə Sizə səmimi təbriklərimizi və ən xoş arzularımızı çatdırmaqdan məmnunluq duyuruq.
Müasir Azərbaycanın dövlət idarəçiliyində, sosial, humanitar və mədəni inkişafında, ölkəmizin beynəlxalq nüfuzunun daha da möhkəmləndirilməsində mühüm və əvəzsiz xidmətlərinizi qeyd etmək bizim üçün çox dəyərlidir.
Ulu Öndərimiz Heydər Əliyevin vəsiyyətlərinin yerinə yetirilməsində cənab Prezident İlham Əliyevlə birlikdə Azərbaycanımızda və onun hüdudlarından kənarda gördüyünüz genişmiqyaslı işlər, həyata keçirdiyiniz humanist və xeyriyyəçilik fəaliyyəti, milli-mənəvi dəyərlərimizin qorunmasına və təbliğinə, təhsil, səhiyyə, mədəniyyət və sosial sahələrin inkişafına verdiyiniz töhfələr dünya səviyyəsində yüksək qiymətləndirilir.
Çox hörmətli Mehriban xanım, fürsətdən istifadə edərək Sizi doğum gününüz münasibətilə bir daha ürəkdən təbrik edir, möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və Azərbaycan naminə şərəfli fəaliyyətinizdə uğurlar arzulayırıq".
Комментарии
Загрузка…
Оставить комментарий