Day.Az AZƏRTAC -a istinadən xəbər verir ki, təbrikdə deyilir:

Sizi Dünya Azərbaycanlı Alimlər Birliyinin bütün üzvləri adından və şəxsən öz adımdan doğum gününüz münasibətilə səmimi-qəlbdən təbrik edirəm.

Sizin həyat amallarınız, humanistliyiniz, nəcibliyiniz, Azərbaycan elminin hər bir sahəsinin inkişafı üçün gördüyünüz çox əhəmiyyətli işlər biz xaricdə yaşayan azərbaycanlı alimlərin Vətənimizlə bağlılığını daha da gücləndirir.

Almaniyada və Azərbaycanda müxtəlif dövlət tədbirləri zamanı Sizinlə bir araya gəlmiş şəxs olaraq deyə bilərəm ki, tanıdığımız Nobel mükafatı laureatlarının siyasi xadim və nəcib şəxsiyyət kimi haqqınızda söylədikləri xoş sözlər hamımız üçün qürur mənbəyidir.

Sizin bu günlərdə möhtərəm Prezidentimiz İlham Əliyevlə birlikdə Özbəkistana səfəriniz zamanı iştirak etdiyiniz tədbirlər, sözün əsl mənasında, bir tarixdir. Bu həm də cənab Prezidentimizin dediyi kimi türk millətləri ailəmizə çox böyük töhfədir.

Hörmətli Mehriban xanım, Sizi doğum gününüz münasibətilə bir daha təbrik edir, Sizə möhkəm cansağlığı, uzun ömür, ailə səadəti, fəaliyyətinizdə davamlı uğurlar arzulayıram".