- В Мехико на площади Тлакскоаке открыта современная система видеонаблюдения, интегрированная в центр управления C5.
- На площади находится памятник жертвам Ходжалинской трагедии, установленный в 2012 году при поддержке Азербайджана.
- В церемонии открытия участвовали посол Азербайджана в Мексике Сеймур Фаталиев и глава центра C5 Хосе Сальвадор Герреро Чипрес.
- Система видеонаблюдения будет способствовать повышению безопасности и оперативному реагированию на инциденты.
- Открытие системы стало результатом тесного сотрудничества посольства Азербайджана с мексиканскими структурами безопасности.
Day.Az xəbər verir ki, meydanda Xocalı faciəsinin qurbanlarının xatirəsinə həsr olunmuş Xocalı abidəsi yerləşir. Abidə 2012-ci ildə Azərbaycanın dəstəyi ilə həyata keçirilən meydanın yenidənqurma işləri çərçivəsində ucaldılıb.
Videomüşahidə sisteminin istifadəyə verilməsi mərasimində Azərbaycanın Meksikadakı səfiri Seymur Fətəliyev və Mexiko şəhərinin C5 İdarəetmə Mərkəzinin rəhbəri, doktor Xose Salvador Qerrero Çipres iştirak ediblər.
Yeni videomüşahidə sistemi meydanın və ətraf ərazilərin təhlükəsizlik səviyyəsinin artırılmasına, ictimai asayişin qorunmasına və mümkün insidentlərə daha operativ müdaxilənin təmin edilməsinə xidmət edəcək.
Sistemin istifadəyə verilməsi Azərbaycanın Meksikadakı səfirliyinin Meksikanın təhlükəsizlik strukturları ilə sıx əməkdaşlığının nəticəsi olub.
Комментарии
Загрузка…
Оставить комментарий