Day.Az xəbər verir ki, maddə hüceyrələrdə qida maddələrinin enerjiyə çevrilməsində iştirak edir və enerji balansının qorunmasına kömək edir.

Mütəxəssis bildirib ki, kəhrəba turşusu beynin və əzələlərin oksigendən daha səmərəli istifadəsinə, fiziki aktivlikdən sonra bərpaya və diqqətin cəmləşməsinə müsbət təsir göstərə bilər. Lakin onun istifadəsinin bütün insanlar üçün uyğun olmadığı vurğulanıb.

Həkim xüsusilə mədə xorası və kəskin qastrit, böyrək daşı, qlaukoma və kəskin hipertoniya zamanı kəhrəba turşusundan istifadəni məsləhət görməyib. Hamilə və südverən qadınlara isə belə vasitələri qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmək tövsiyə olunur.