- Академик М. Алиев поздравил первого вице-президента Азербайджана Мехрибан Алиеву с днем рождения.
- В поздравлении отмечается деятельность Алиевой на посту президента Фонда Гейдара Алиева по сохранению культурного наследия и реализации социальных программ.
- Подчеркивается роль Алиевой как первого вице-президента и первой леди в развитии азербайджанской государственности и укреплении международного авторитета страны.
Day.Az AZƏRTAC -a istinadən xəbər verir ki, təbrikdə deyilir:
Sizi doğum gününüz münasibətilə təbrik edirəm. Bu gün Sizə sonsuz hörmətimi və dəyərli şəxsiyyətinizə, doğma Azərbaycana yorulmaz xidmətinizə səmimi heyranlığımı ifadə etmək üçün gözəl fürsətdir.
Sizin həyat yolunuz ən yüksək peşəkarlığın, müdrikliyin və mənəvi səxavətin ahəngdar vəhdətinin heyrətamiz nümunəsidir. Heydər Əliyev Fondunun prezidenti vəzifəsində zəngin mədəni irsin qorunmasına və genişmiqyaslı sosial proqramların həyata keçirilməsinə yönəlmiş fəaliyyətiniz Sizə xalqın dərin ehtiramını və sevgisini qazandırmışdır.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti və birinci xanımı kimi Siz ləyaqətin, məsuliyyətin və ölkənin gələcəyinə yorulmaz qayğının təcəssümüsünüz. Sizin enerjiniz və quruculuq səyləriniz Azərbaycan dövlətçiliyinin inkişafı və onun beynəlxalq nüfuzunun möhkəmləndirilməsi üçün sarsılmaz təməl rolunu oynayır.
İcazə verin, bu əlamətdar gündə Sizə və yaxınlarınıza möhkəm cansağlığı, yaradıcılıq uğurları, tükənməz enerji, xoşbəxtlik və firavanlıq arzulayım. Qoy bütün nəcib təşəbbüsləriniz və planlarınız uğurla həyata keçsin, insanlara bəxş etdiyiniz sevgi və qayğı Sizə qat-qat artıq qayıtsın. Sizə, Sizin böyük və gözəl ailənizə sülh, firavanlıq arzulayıram".
Комментарии
Загрузка…
Оставить комментарий