- 26 августа первая леди Турции Эмине Эрдоган позвонила первому вице-президенту Азербайджана Мехрибан Алиевой.
- Эмине Эрдоган поздравила Мехрибан Алиеву с днем рождения и пожелала ей здоровья и успехов.
- Мехрибан Алиева поблагодарила за внимание и поздравления.
- В ходе разговора стороны вспомнили теплые встречи и выразили уверенность в развитии братских и стратегических союзнических отношений.
Day.Az AZƏRTAC -a istinadən xəbər verir ki, Əminə Ərdoğan Birinci vitse-prezident Mehriban Əliyevanı ad günü münasibətilə təbrik edərək, ona möhkəm cansağlığı və yeni müvəffəqiyyətlər arzulayıb.
Türkiyənin birinci xanımı Əminə Ərdoğan Mehriban Əliyevanın xeyirxah fəaliyyətinin dünyada böyük rəğbətlə qarşılandığını vurğulayıb.
Azərbaycanın Birinci vitse-prezidenti göstərilən diqqətə və təbriklərə görə təşəkkür edib.
Telefon söhbəti əsnasında Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva ilə Türkiyənin birinci xanımı Əminə Ərdoğanın səmimi görüşləri məmnunluqla xatırlanıb.
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva və Türkiyənin birinci xanımı Əminə Ərdoğan qardaşlıq və strateji müttəfiqlik əlaqələrimizin bundan sonra da uğurla inkişaf edəcəyinə əminliklərini bildiriblər.
Комментарии
Загрузка…
Оставить комментарий