- Проект 'Поддержка социального развития одиноких матерей II' реализуется при поддержке PAŞA Holding, Государственной службы занятости, Исполнительной власти Шамахинского района, Агентства по развитию малого и среднего бизнеса (KOBİA) и Молодежного общественного объединения 'Социальная интеграция выпускников интернатов'.
- В селе Гёйляр продолжает работу социальное предприятие, созданное в рамках проекта.
- Отобранные участницы прошли профессиональное обучение в Государственной службе занятости и обеспечены необходимым оборудованием для производства при поддержке PAŞA Holding.
- Основная цель социального предприятия - предотвратить передачу детей одиноких матерей в государственные детские учреждения, повысить их социальное благосостояние и создать устойчивые возможности для занятости.
- В 2026 году в рамках проекта 'Поддержка социального развития одиноких матерей I' в социальной швейной мастерской в Шамахинском районе число работников увеличено с 10 до 24 человек.
"PAŞA Holding"in dəstəyi, Dövlət Məşğulluq Agentliyi, Şamaxı Rayon İcra Hakimiyyəti, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və "İnternat Məzunlarının Sosial İnteqrasiyası" Gənclər İctimai Birliyinin birgə təşəbbüsü ilə həyata keçirilən "Tənha anaların sosial inkişafına dəstək II" layihəsi çərçivəsində Göylər kəndində fəaliyyət göstərən sosial müəssisə fəaliyyətini davam etdirir.
Seçilmiş iştirakçılar Dövlət Məşğulluq Agentliyi tərəfindən peşə təlimlərinə cəlb olunub və "PAŞA Holding"in dəstəyi ilə istehsal üçün zəruri avadanlıqlarla təmin ediliblər. Sosial müəssisənin əsas məqsədi tənha anaların övladlarını dövlət uşaq müəssisələrinə verməsinin qarşısını almaq, onların sosial rifahını artırmaq və dayanıqlı məşğulluq imkanları yaratmaqdır. Layihə, eyni zamanda, tənha anaların və aztəminatlı ailələrin sosial həyatda fəal iştirakını gücləndirməyə, qadınların iqtisadi və sosial təşəbbüslərini planlaşdırmağa və əlaqələndirməyə, eləcə də sahibkarlıq fəaliyyətlərini inkişaf etdirməyə imkan yaradır.
2026-cı ildə "Tənha Anaların Sosial İnkişafına Dəstək I" layihəsi çərçivəsində Şamaxı rayonunda fəaliyyət göstərən sosial tikiş müəssisəsində işçilərin sayı 10 nəfərdən 24 nəfərə çatdırılıb.
Qeyd edək ki, qadınların səlahiyyətləndirilməsimövzusu PAŞA Holding-in KSM strategiyasında mühüm yer tutur. Bu istiqamətdəPAŞA Holding və onun törəmə şirkətləri müxtəlif layihələr həyata keçirir ki,bura AFAQ layihəsi, Ana Sahibkar, Women Bazaar layihələri daxildir.
Комментарии
Загрузка…
Оставить комментарий