- Глава Татарстана Рустам Минниханов поздравил первого вице-президента Азербайджана Мехрибан Алиеву с днем рождения.
- В поздравлении высоко оценивается государственная, общественная и благотворительная деятельность Мехрибан Алиевой.
- Отмечаются международные гуманитарные проекты под руководством Алиевой и ее вклад в сохранение ценностей азербайджанского общества.
Day.Az AZƏRTAC -a istinadən xəbər verir ki, təbrikdə deyilir:
Doğum gününüz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edir, Sizə və yaxınlarınıza möhkəm cansağlığı və xoşbəxtlik arzulayıram.
Sizin genişmiqyaslı dövləti, ictimai və xeyriyyəçilik fəaliyyətiniz, Azərbaycan cəmiyyətinin həyatında əsas dəyərlərin qorunub saxlanılmasına göstərdiyiniz səmimi qayğı, həqiqətən, heyranlıq doğurur və hörmətə layiqdir. Həmçinin Sizin rəhbərliyinizlə beynəlxalq səviyyədə həyata keçirilən genişmiqyaslı humanitar layihələr, yaradıcı əməyinizə verilmiş nüfuzlu mükafatlar, həqiqətən, səxavətli və qızıl qəlbə malik, xeyirxah işlərə və insanlara təmənnasız yardıma hər zaman açıq olan qeyri-adi şəxsiyyətinizin miqyasını təsdiq edir.
Sizə nəcib amallarınızın bütün sahələrdə həyata keçirilməsinə yönəlmiş davamlı uğurlar, qarşıya qoyduğunuz məqsədlərə nail olmaq üçün tükənməz ilham və güc arzulayıram".
Комментарии
Загрузка…
Оставить комментарий