- Единого автоматического механизма возврата ошибочно переведенных средств не существует.
- Банк не может списать средства со счета получателя в одностороннем порядке.
- Возврат зависит от доброй воли получателя средств.
- Эксперт рекомендует проверять данные карты и счета перед переводом.
- Возможно создание специального механизма в будущем, но это сложно из-за риска злоупотреблений.
Day.Az xəbər verir ki, bank eksperti Emin Kərimov "Demokrat.az"a açıqlamasında məsələ ilə bağlı konkret və vahid prosedurun olmadığını bildirib.
Onun sözlərinə görə, pul köçürməsi adətən şəxsin öz iradəsi və razılığı əsasında həyata keçirildiyi üçün belə əməliyyatlarda bankın müdaxilə imkanları məhdud olur.
Ekspert qeyd edib ki, vətəndaş banka müraciət edərək vəsaitin səhv köçürüldüyünü bildirə və onun geri qaytarılmasını tələb edə bilər. Lakin bank qarşı tərəfin hesabından həmin məbləği birtərəfli qaydada silə bilməz.
"Əgər vəsaiti alan şəxs onu geri qaytarmaq istəyirsə, bunu könüllü şəkildə edə bilər. Ancaq həmin şəxs pulu artıq hesabından çıxarıbsa, xərcləyibsə və ya geri qaytarmaqdan imtina edirsə, bankın ona qarşı birbaşa təsir imkanları məhduddur. Hazırda qanunvericilikdə belə hallarda vəsaitin avtomatik və məcburi qaydada geri qaytarılmasını təmin edən vahid mexanizm yoxdur", - deyə Kərimov bildirib.
Ekspert vətəndaşlara pul köçürərkən kart və hesab məlumatlarını diqqətlə yoxlamağı tövsiyə edib. Onun sözlərinə görə, bir sıra kart köçürmələri zamanı qarşı tərəfin ad və soyadının baş hərflərinin göstərilməsi də vəsaitin düzgün şəxsə göndərildiyini yoxlamağa imkan verir.
Kərimov vurğulayıb ki, səhv köçürülmüş pulun geri qaytarılması hazırda əsasən vəsaiti alan şəxsin iradəsindən asılıdır. Bununla yanaşı, gələcəkdə qanunvericilikdə xüsusi mexanizmin yaradılması bu cür halların həllini asanlaşdıra bilər.
Ekspert belə bir mexanizmin hazırlanmasının müəyyən çətinliklər doğura biləcəyini də qeyd edib. Belə ki, könüllü şəkildə həyata keçirilmiş köçürmənin sonradan "səhv köçürmə" kimi təqdim edilməsi mümkündür. Buna görə də gələcək prosedur həm vəsaiti göndərən, həm də alan şəxsin hüquqlarını qoruyacaq şəkildə hazırlanmalıdır.
Комментарии
Загрузка…
Оставить комментарий