Day.Az xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupunun məlumatına görə, Göyçay Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi tədbir nəticəsində Bəhruz Əhmədov saxlanılıb.

Onun yaşadığı evdə aparılan axtarış zamanı 51 ədəd narkotik tərkibli bitki və 2 odlu silah aşkar edilərək götürülüb.

İlkin araşdırma zamanı B.Əhmədovun narkotik tərkibli bitkiləri aqrotexniki qaydada qulluq etməklə yetişdirdiyi müəyyənləşdirilib.

Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə B.Əhmədov barəsində həbs qətimkan tədbiri seçilib.