Day.Az Milli.Az -a istinadən xəbər verir ki, qanunvericiliyə görə, bəzi şəxslər bu toplanışlara cəlb edilmir. Azad olunan əsas kateqoriyalar bunlardır:

Ehtiyata buraxıldıqdan sonra 1 il ərzində olan hərbi vəzifəlilər (hərbi yoxlama toplanışları istisna olmaqla);

Müəyyən edilmiş qaydada bron edilmiş hərbi vəzifəlilər;

Müddətli hərbi xidmətə çağırışdan möhlət və ya azadolma hüququ olan şəxslər;

Mülki aviasiyada uçuşların birbaşa təmin edilməsində çalışan uçuş və texniki heyət;

Dəniz gəmilərinin üzgü heyəti (ehtiyatda olan Hərbi Dəniz Qüvvələri zabitləri istisna olmaqla);

Əyani təhsil alanlar təhsil müddətində, qiyabi təhsil alanlar isə semestr, sessiya, diplom işi və ya dissertasiyanın hazırlanması və müdafiəsi dövründə;

Hərbi uçotdan çıxarılaraq xidmət etdikləri dövlət orqanında xüsusi qeydiyyata alınan şəxslər.

Qeyd edək ki, toplanışdan azad edilmə ilə bağlı qərarı hərbi vəzifəlinin qeydiyyatda olduğu müvafiq dövlət orqanının rəhbəri verir.