- Центральный банк Азербайджана аннулировал лицензии 4 страховых посредников.
- Аннулированы лицензии 1 юридического лица (страхового брокера), 1 физического лица (страхового брокера) и 2 физических лиц (страховых агентов).
- Решение принято на основании Закона 'О страховой деятельности' (статья 107.1.2) и решения Правления Центрального банка от 18 августа 2026 года.
- Причина аннулирования: неустранение в установленный срок обстоятельств, послуживших основанием для приостановления действия лицензий.
Azərbaycan Mərkəzi Bankı (AMB) 4 sığorta vasitəçisinin lisenziyasını ləğv edib.
Day.Az xəbər verir ki, bu barədə AMB məlumat yayıb.
Belə ki, "Sığorta fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununun 107.1.2-ci maddəsinə müvafiq olaraq lisenziya sahiblərinin lisenziyalarının qüvvəsinin dayandırılmasına əsas vermiş halları müəyyən edilmiş müddətdə aradan qaldırmadığını nəzərə alaraq Azərbaycan Respublikasının Mərkəzi Bankının İdarə Heyətinin 18 avqust 2026-cı il tarixli Qərarına əsasən adları siyahıda qeyd olunmuş (əlavə olunur) 1 (bir) hüquqi şəxs olan sığorta brokerinə, 1 (bir) nəfər fiziki şəxs olan sığorta brokerinə və 2 (iki) nəfər fiziki şəxs olan sığorta agentinə sığorta vasitəçiliyi fəaliyyətinə verilmiş lisenziyalar ləğv edilib.
"Sığorta fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun 107.1.2-ci maddəsinə əsasən lisenziyaları ləğv edilən sığorta vasitəçilərinin SİYAHISI:
Комментарии
Загрузка…
Оставить комментарий