- Пюнхан Ализаде назначен заместителем директора по воспитательной работе в Саатлинском профессиональном лицее.
- Информация распространена Государственным агентством по профессиональному образованию.
- Ализаде окончил Азербайджанский государственный педагогический университет по специальности математика-информатика в 2001 году.
- С 2002 года работал учителем математики, затем методистом, советником и заведующим методическим кабинетом в системе образования.
- С 6 января прошлого года работает учителем в школе имени И. Агаева в селе Набаткенд Саатлинского района.
Day.Az xəbər verir ki, bu barədə Peşə Təhsili üzrə Dövlət Agentliyi məlumat yayıb.
Bildirilib ki, sözügedən vəzifəyə Pünhan Əlizadə gətirilib.
Qeyd olunub ki, P.Əlizadə 2001-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin riyaziyyat-informatika ixtisası üzrə bakalavriat səviyyəsini bitirib.
Əmək fəaliyyətinə 2002-ci ildə Saatlı rayonu M.Əzizbəyov adına 2 nömrəli orta məktəbdə riyaziyyat müəllimi kimi başlayıb. 2006-2007-ci illərdə Saatlı Rayon Təhsil Şöbəsində metodist vəzifəsində çalışıb. 2014-2020-ci illərdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Saatlı Rayon Təhsil Şöbəsində məsləhətçi, 2020-2021-ci illərdə Mil-Muğan Regional Təhsil İdarəsinin Saatlı rayonu üzrə təhsil sektorunda məsləhətçi vəzifəsində fəaliyyət göstərib. 2022-ci ildən 2024-cü ilədək Mil-Muğan Regional Təhsil İdarəsinin Saatlı rayonu üzrə təhsil sektorunun metodik kabinetinin müdiri vəzifəsində çalışıb.
Ötən il yanvarın 6-dan Mil-Muğan Regional Təhsil İdarəsinin Saatlı rayonu Nabatkənd kəndi İ.Ağayev adına tam orta məktəbində müəllim kimi fəaliyyət göstərir.
Комментарии
Загрузка…
Оставить комментарий