Day.Az musavat.com-a istinadən bildirir ki, hadisə barədə "Azərbaycan Dənizçilərinə Dəstək" İctimai Birliyinin sədri İlham Nəsirov məlumat verib.

Onun sözlərinə görə, "Reka Dənizçilik" şirkətinə məxsus, Kuk adaları bayrağı altında üzən "Volga 4007" quru yük gəmisi Novorossiysk limanından çıxarkən hücuma məruz qalıb.

İlkin məlumata əsasən, gəmiyə ardıcıl olaraq 4 dron zərbəsi endirilib.

Hücum zamanı gəminin göyərtəsində ümumilikdə 13 heyət üzvü olub. Onlardan 10-u Hindistan, 3-ü isə Azərbaycan vətəndaşıdır.

Dron hücumundan sonra heyət üzvlərinin təxliyəsinə başlanılıb.

Hadisə nəticəsində xəsarət alanların olub-olmaması və gəminin nə qədər zərər gördüyü barədə hələlik məlumat verilmir.