Day.Az xəbər verir ki, sakinlərin sözlərinə görə, eskalatorlardan biri təxminən iki aydır ki, işləmir. Bu isə xüsusilə yaşlı insanların, uşaqların və hərəkəti çətin olan şəxslərin keçiddən istifadəsini çətinləşdirir. Onlar məcbur qalaraq pilləkənlərdən istifadə edirlər.

Vətəndaşların sözlərinə görə, yaranmış vəziyyət bəzi piyadaları yolu təhlükəli şəkildə keçməyə də vadar edir.

Keçiddə çalışan əməkdaş isə problemin ehtiyat hissəsinin olmaması ilə əlaqəli olduğunu bildirib. Onun sözlərinə görə, eskalator üçün lazım olan texniki detallar Çindən sifariş edilib və artıq bununla bağlı müraciət göndərilib.

Əməkdaş qeyd edib ki, sözügedən eskalatorlar təxminən 16 il əvvəl quraşdırılıb. Bu səbəbdən həmin modellərə uyğun ehtiyat hissələrinin tapılması hazırda çətinlik yaradır.