Day.Az xəbər verir ki, ayın bu rəngə çevrilməsi Yer atmosferi ilə bağlıdır. Günəşdən gələn işıq atmosferdən keçərək Ayın səthinə düşür və nəticədə peyk qırmızı, mis və ya tünd-qəhvəyi çalarlarda görünə bilir. Rəngin tonu isə atmosferdəki vəziyyətdən asılı olaraq dəyişir.

Tutulma 28 avqustda Bakı vaxtı ilə saat 05:24-də başlayacaq və 11:02-də sona çatacaq.

Hadisəni Avropanın böyük hissəsində, Asiyanın qərbində, Afrikada, Şimali və Cənubi Amerikada, həmçinin Sakit, Atlantik və Hind okeanlarının bəzi ərazilərində müşahidə etmək mümkün olacaq. Antarktidada da tutulmanı izləmək mümkün olacaq.