Day.Az xəbər verir ki, qoz-fındıq zülal, lif, faydalı yağlar, vitaminlər, minerallar və antioksidantlarla zəngindir.

Onların müntəzəm istifadəsi ürək sağlamlığının yaxşılaşması ilə əlaqələndirilir və ürək-damar xəstəlikləri riskinin azalmasına kömək edə bilər.

Mütəxəssislər əsasən çiy və ya az işlənmiş qoz-fındığa üstünlük verməyi məsləhət görürlər. Şəkər və duz əlavə edilmiş məhsulların isə həddindən artıq istehlakından çəkinmək tövsiyə olunur.