Tərtər rayonunda avtomobil iki qadını vuraraq öldürüb.
Day.Az Trend -ə istinadən xəbər verir ki, hadisə avqustun 18-də baş verib.
Belə ki, Zülfüqar Bayramovun idarə etdiyi "VAZ-21074" markalı avtomobil Ağdam-Bərdə magistral avtomobil yolunun Tərtər rayonunun Hüsənli kəndi ərazisindən keçən hissəsində Mahirə Qədimova və Cəmilə Zeynalovanı vurub.
Hadisə nəticəsində hər iki piyada ölüb.