- 18 августа в Баку и районах ожидается преимущественно без осадков.
- В Баку и на Абшеронском полуострове ожидается умеренный северо-западный ветер.
- Температура воздуха в Баку ночью 21-24° тепла, днем 28-32° тепла.
- В районах Азербайджана днем в горных районах ожидаются кратковременные дожди и грозы.
- В горных районах ночью и утром местами туман.
Avqustun 18-də Bakıda və rayonlarda hava əsasən yağmursuz olacaq.
Day.Az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin məlumatında qeyd edilib.
Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz olacağı gözlənilir:
"Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 21-24° isti, gündüz 28-32° isti olacaq. Atmosfer təzyiqi 756 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80%, gündüz 45-50% olacaq. Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Lakin gündüz dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Gecə və səhər bəzi dağlıq ərazilərdə arabir duman. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25° isti, gündüz 31-36° isti, dağlarda gecə 12-17° isti, gündüz 20-25° isti olacaq".
Комментарии
Загрузка…
Оставить комментарий