"Sinxua" agentliyinin verdiyi məlumata görə, peyklər bu gün Çinin cənubundakı Haynan adasında yerləşən Kommersiya Kosmik Buraxılış Mərkəzindən "Long March-12" daşıyıcı raketi ilə kosmosa göndərilib.

Bildirilib ki, buraxılış Pekin vaxtı ilə saat 12:10-da həyata keçirilib və peyklər əvvəlcədən müəyyən edilmiş orbitlərə uğurla yerləşdirilib. Bu, Çinin aşağı orbitli internet peyklərinin 24-cü qrupu olub.