- Эксперт Рушан Мамышев назвал Volkswagen Polo и Skoda Rapid самыми надежными моделями на вторичном рынке.
- Эти автомобили с 1,6-литровым атмосферным двигателем и классической автоматической коробкой передач могут проехать 400-500 тысяч километров без серьезных поломок.
- Цены на Volkswagen Polo и Skoda Rapid 2015-2019 годов составляют 25-30 тысяч манатов, 2020-2022 годов - 29-37 тысяч манатов.
- Эксперт рекомендует также Hyundai Solaris и Kia Rio после 2015 года с 1,6-литровым двигателем и шестиступенчатой автоматической коробкой, но предупреждает о возможных царапинах на стенках цилиндров.
- Renault Logan второго поколения с механической коробкой передач также может проехать более 400 тысяч километров, цены на модели 2015-2016 годов - 22-27 тысяч манатов.
Day.Az lent.az-a istinadən bildirir ki, avtomobil seçimi üzrə ekspert Ruşan Mamışev ən etibarlı modellər sırasında "Volkswagen Polo" və "Skoda Rapid"i göstərib.
Onun sözlərinə görə, bu iki model texniki baxımdan bir-birinə çox yaxındır. Ən etibarlı seçim 1,6 litrlik atmosfer mühərriki və klassik avtomatik sürətlər qutusu ilə təchiz olunan versiyalardır.
Ekspert turbo mühərrikli və robotlaşdırılmış sürətlər qutusuna malik avtomobillərdən uzaq durmağı məsləhət görüb. Bildirilib ki, belə versiyalar daha tez sıradan çıxa və təmir üçün böyük xərc tələb edə bilər.
"Volkswagen Polo" və "Skoda Rapid"in istismar müddəti 400-500 min kilometrə çata bilər. 2015-2019-cu il istehsalı olan modellərin qiyməti 25-30 min manat, 2020-2022-ci il avtomobillərinin qiyməti isə 29-37 min manat aralığında dəyişir.
Ekspert 2015-ci ildən sonrakı "Hyundai Solaris" və "Kia Rio" modellərinə də diqqət yetirməyi tövsiyə edib.
Bu avtomobillərin 1,6 litrlik atmosfer mühərriki və altıpilləli avtomatik sürətlər qutusu ilə olan versiyaları daha etibarlı sayılır. Lakin avtomobil alınmazdan əvvəl mühərrikin ətraflı yoxlanılması vacibdir.
Bəzi Koreya mühərriklərində silindr divarlarında cızıqlar yarana bilər. Bu nasazlıq mühərrikin yağ sərfiyyatını artırır və sonradan bahalı təmirə gətirib çıxarır.
Yaxşı vəziyyətdə olan "Hyundai Solaris" və "Kia Rio" modellərinin təxminən 400 min kilometr yol gedə biləcəyi bildirilib. Belə avtomobillərin qiyməti 25-30 min manatdan başlayır.
400 min kilometrdən çox yol gedə bilən avtomobillər arasında ikinci nəsil "Renault Logan" da yer alıb.
Mütəxəssis bu modeli mexaniki sürətlər qutusu ilə almağı məsləhət görüb. Buna səbəb "Renault"nun DP0 və DP2 indeksli avtomatik sürətlər qutularının etibarlılığının aşağı olmasıdır.
Ən uyğun seçim 1,6 litrlik atmosfer mühərriki olan versiya hesab edilir. 2015-2016-cı il istehsalı "Renault Logan"ların qiyməti 22-27 min manat arasında dəyişir.
Ekspert vurğulayıb ki, avtomobilin modelindən asılı olmayaraq, almazdan əvvəl mühərrik, sürətlər qutusu, yürüş və texniki xidmət tarixçəsi mütləq yoxlanılmalıdır.
Комментарии
Загрузка…
Оставить комментарий