Bərdədə üç minik avtomobilinin iştirakı ilə zəncirvari yol qəzası baş verib.

Trend -in Qarabağ bürosunun məlumatına görə, hadisə Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun Bərdə rayonunun Mehdili kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "Toyota Camry" markalı, 10-RE-858 dövlət qeydiyyat nişanlı, VAZ-2107 markalı, 77-GZ-516 dövlət qeydiyyat nişanlı və 41-BE-260 dövlət qeydiyyat nişanlı avtomobillər toqquşub.

Toqquşma nəticəsində "Toyota Camry" və VAZ-2107 markalı avtomobillər yolun müxtəlif istiqamətlərindəki kənarlarına düşüb.

Şahidlərin sözlərinə görə, VAZ-2107 markalı avtomobildə olan 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.