Milli.Az xəbər verir ki, sənətçinin villasını əks etdirən görüntülər sosial şəbəkədə paylaşılaraq izləyicilərin diqqətini çəkib. Geniş və zövqlə dizayn edilmiş məkan istifadəçilər arasında müzakirələrə səbəb olub.

Paylaşımın şərh bölməsində xanəndənin bağ evinin görünüşü ilə bağlı müxtəlif fikirlər səsləndirilib. İzləyicilər xüsusilə villanın genişliyi və dəbdəbəli interyerinə diqqət çəkiblər.

Xanəndənin yaşam tərzinə maraq göstərən sosial şəbəkə istifadəçiləri görüntüləri fəal şəkildə paylaşıblar.