- Лидеры преступных группировок 'Redkitler' и 'Erdoğan Aykut' Ферхат Делен и Эрдоган Айкут задержаны в Грузии и переданы Турции.
- Передача произошла через пограничный переход Сарп.
- Операция координировалась несколькими ведомствами Турции, включая полицию, МИД и Минюст.
- Ферхат Делен находился в международном розыске по красному бюллетеню за умышленное убийство и другие преступления.
- Эрдоган Айкут разыскивался за вооруженное ограбление и другие преступления.
"Redkitler" və "Erdoğan Aykut" mütəşəkkil cinayətkar qruplaşmalarının başçıları Ferhat Delen və Erdoğan Aykut Gürcüstanda saxlanılaraq Türkiyəyə gətirilib.
Bu barədə NTV telekanalı Türkiyənin DİN mətbuat xidmətinə istinadən məlumat yayıb.
Məlumatda qeyd olunur ki, mütəşəkkil cinayətkar qruplaşmasının bu gün Sarp Quru Sərhəd Keçid Məntəqəsi vasitəsilə Türkiyəyə təhvil veriliblər.
Əməliyyatın Türkiyə Baş Polis İdarəsinin İnterpol-Avropol Şöbəsi, Kəşfiyyat İdarələri, Miqrant Qaçaqçılığı ilə Mübarizə və Sərhəd Keçid Məntəqələri, eləcə də İctimai Asayiş Şöbələri, Xarici İşlər Nazirliyi və Ədliyyə Nazirliyinin koordinasiyası ilə həyata keçirildiyi bildirilir
Açıqlamada Ferhad Delenin qəsdən adam öldürmə, cinayət törətmək məqsədilə təşkilat yaratma, lisenziyasız odlu silah və sursatı satın alma, daşıma və ya saxlama cinayətləri üzrə qırmızı bülletenlə beynəlxalq səviyyədə axtarışda olduğu vurğulanır.
Erdoğan Aykutun isə silahlı soyğunçuluq, Türkiyə vətəndaşının və ya əcnəbinin ölkə xaricinə çıxışına şərait yaratma və oğurluq cinayətləri üzrə qırmızı bülletenlə beynəlxalq səviyyədə axtarışda olduğu qeyd edilib.
Комментарии
Загрузка…
Оставить комментарий