- Электронные образовательные документы выпускников 2026 года интегрированы в платформу mygov.
- Документы доступны на портале my.gov.az, в мобильном приложении появятся в ближайшие дни.
- Проверка подлинности возможна через QR-код или на сайте edu.gov.az.
- Ранее на платформу были интегрированы дипломы и другие документы выпускников прошлых лет.
Hazırda xidmət yalnız my.gov.az portalında aktivdir. Yaxın günlərdə elektron təhsil sənədlərinin "mygov" mobil tətbiqində də əlçatan olması nəzərdə tutulur. Məzunlar elektron sənədlərinə my.gov.az portalında "Təhsil" bölməsinə daxil olaraq "Elektron təhsil sənədlərim" xidmətindən yararlana bilərlər. Bölməyə keçid etdikdə vətəndaşın adına mövcud olan elektron təhsil sənədləri siyahı şəklində əks olunur və müvafiq sənədi seçməklə rəqəmsal versiyasına baxmaq mümkündür.
Rəqəmsal təhsil sənədlərinin həqiqiliyini yoxlamaq üçün sənəd üzərində yerləşdirilmiş QR kodu kamera ilə oxutmaq və ya edu.gov.az-ın "Sənəd Yoxlama" səhifəsinə daxil olaraq sənədin nömrəsi və doğum tarixini daxil etmək mümkündür.
Qeyd edək ki, bu günədək vətəndaşlara aid diplom və bir sıra digər təhsil sənədləri "mygov" platformasına inteqrasiya olunub. Əvvəlki illərin məzunları da öz diplomlarına platforma vasitəsilə baxa bilərlər.
Комментарии
Загрузка…
Оставить комментарий