- Движение поездов между станциями '28 мая' и 'Низами' будет временно приостановлено с 15 августа.
- 6 новых экспресс-маршрутов начнут работу с 14 августа.
- Маршруты M1-M6 свяжут различные станции метро.
- На 20 регулярных маршрутах будет увеличено количество автобусов.
- Конечные остановки маршрутов 32, 49, 120E и 125 изменены.
"Bakı Metropoliteni" QSC tərəfindən xətlərin ayrılması layihəsi çərçivəsində "28 May" və "Nizami" stansiyaları arasında qatarların hərəkəti avqustun 15-dən müvəqqəti dayandırılacaq.
Day.Az xəbər verir ki, dəstəkləyici tədbir kimi AYNA tərəfindən təşkil olunan 6 yeni ekspres marşrutu isə avqustun 14-dən fəaliyyətə başlayacaq.
Xatırladaq ki, yeni ekspres marşrutlar:
M1 - metronun "Elmlər Akademiyası" və "28 May" stansiyaları;
M2 - metronun "İnşaatçılar", "Nizami" və "28 May" stansiyaları;
M3 - metronun "20 Yanvar", "Nizami" və "28 May" stansiyaları;
M4 - metronun "20 Yanvar" və "Koroğlu" stansiyaları;
M5 - metronun "20 Yanvar" və "Gənclik" stansiyaları;
M6 - metronun "Elmlər Akademiyası" və "Gənclik" stansiyaları arasında fəaliyyət göstərəcək.
Eyni zamanda, 20 müntəzəm marşrutda (2, 6, 7A, 9, 10, 14, 17, 18, 26, 61, 65, 79, 85, 88, 88A, 93, 133, 165, 199, 202 nömrəli) avtobusların sayının artırılması həyata keçiriləcək.
Bu gündən isə "28 May" Nəqliyyat Mübadilə Mərkəzinə daxil olan 32, 49, 120E və 125 nömrəli müntəzəm marşrutların son dayanacaq məntəqələri dəyişdirilərək Səməd Vurğun bağının ətrafında təşkil edilib. Belə ki, 32 və 49 nömrəli marşrutların son dayanacağı Dilarə Əliyeva küçəsində, 120E və 125 nömrəli marşrutların isə Puşkin küçəsində təyin edilib.
Комментарии
Загрузка…
Оставить комментарий