- 14 августа в Баку ожидается погода без осадков, в районах пройдут дожди.
- В Баку и на Абшеронском полуострове ожидается преимущественно без осадков.
- Температура воздуха в Баку ночью 23-26° тепла, днем 31-36° тепла.
- В районах Азербайджана местами ожидаются дожди, возможны ливни, грозы и град.
- В горных районах ночью температура 13-18° тепла, днем 20-25° тепла.
Avqustun 14-də Bakıda hava yağmursuz olacaq, rayonlarda yağış yağacaq.
Bu barədə Milli Hidrometeorologiya Xidmətinin məlumatında qeyd edilib.
Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz olacağı gözlənilir:
"Şimal-şərq küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 23-26° isti, gündüz 31-36° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75%, gündüz 45-50% olacaq. Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, əsasən dağlıq və dağətəyi rayonlarda yağıntıların bir qədər güclənəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə arabir duman. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 22-26° isti, gündüz 32-36° isti, dağlarda gecə 13-18° isti, gündüz 20-25° isti olacaq".
Комментарии
Загрузка…
Оставить комментарий