- В Баку перед зданием Исполнительной власти восстановлен ртутный термометр.
- Термометр был установлен в советское время и являлся узнаваемым элементом города.
- Термометр был демонтирован в последующий период, но восстановлен по просьбам жителей.
- Восстановление термометра рассматривается как сохранение городской памяти и символов прошлого.
- Жители положительно восприняли возвращение термометра.
Day.Az xəbər verir ki, həmin məkanda termometr hələ sovet dövründə quraşdırılıb və uzun illər şəhərin tanınan elementlərindən biri olub. Termometr müstəqillik illərində də orada olub, lakin sonrakı dövrdə buradan götürülüb.
Termometrin bərpası yalnız nostalji xarakter daşımır. Bu addım Bakının şəhər yaddaşının qorunması, keçmişdən qalan simvolların müasir şəhər mühitinə uyğun şəkildə yaşadılması baxımından da diqqət çəkir.
Dünyanın bir sıra məşhur paytaxt və böyük şəhərlərində küçə termometrlərindən istifadə geniş yayılmış şəhər ənənələrindəndir. Hazırda Bakıda isti hava şəraitinin hökm sürdüyü bir vaxtda civəli termometrin yenidən əvvəlki yerində quraşdırılması buradan keçən sakinlər tərəfindən rəğbətlə qarşılanıb.
Комментарии
Загрузка…
Оставить комментарий