- Министр иностранных дел Украины Андрей Сибига заявил, что роль Азербайджана имеет стратегическое значение для энергетической безопасности не только Украины, но и всей Европы.
- Сибига отметил, что двусторонние отношения между Азербайджаном и Украиной носят стратегический характер, включая энергетику, инфраструктуру и гуманитарное сотрудничество.
- Украина заинтересована в диверсификации поставок энергоносителей и имеет пакет предложений для азербайджанских партнеров.
- Сибига подчеркнул важность сотрудничества с Южным Кавказом и Центральной Азией в контексте взаимодействия с Европейским Союзом.
- Заявление сделано на совместной пресс-конференции с министром иностранных дел Азербайджана Джейхуном Байрамовым во время официального визита в Украину.
Day.Az Trend -ə istinadən xəbər verir ki, bunu Ukraynada rəsmi səfərdə olan Azərbaycanın Xarici İşlər Naziri Ceyhun Bayramovla keçirdiyi birgə mətbuat konfransında Ukraynanın Xarici İşlər Naziri Andriy Sibiha deyib.
"Azərbaycan və Ukrayna arasında ikitərəfli münasibətlər strateji xarakter daşıyır. Bu həm artıq başlanılmış və həyata keçirilən layihələr, həm də gələcək perspektivlər baxımından belədir. Söhbət energetika, infrastruktur və humanitar əməkdaşlıqdan gedir. Azərbaycan biznesi hər zaman Ukraynada fəal şəkildə mövcud olub və biz bu mövcudluğun daha da genişlənməsini alqışlayarıq. Azərbaycanlı dostlarımız üçün təkliflər paketimiz var. Biz Ukraynaya enerji daşıyıcılarının tədarükünün şaxələndirilməsində maraqlıyıq. Ümumilikdə hesab edirəm ki, Azərbaycanın rolu enerji təhlükəsizliyi baxımından təkcə Ukrayna üçün deyil, bütün Avropa üçün strateji əhəmiyyət kəsb edir. Bu istiqamətdə fəal işləyirik və əminik ki, mühüm nəticələr əldə edəcəyik", - deyə o bildirib.
Sibiha qeyd edib ki, Ukrayna Azərbaycanla qarşılıqlı faydalı tərəfdaşlığın daha da möhkəmləndirilməsi üçün böyük potensial görür.
O vurğulayıb ki, Azərbaycan və Ukrayna Avropa İttifaqı ilə əməkdaşlıq kontekstində bir-biri üçün mühüm rol oynayır.
"Bizim üçün Cənubi Qafqaz və Mərkəzi Asiya ilə əməkdaşlığın inkişafı vacibdir. Bir daha vurğulayıram ki, bu istiqamətin inkişafında maraqlıyıq. Bu gün əməkdaşlığı daha da dərinləşdirməyin yollarını müzakirə etdik", - deyə Ukraynanın xarici işlər naziri əlavə edib.
Комментарии
Загрузка…
Оставить комментарий