- 28 июля состоялась встреча главы рабочей группы Милли Меджлиса по межпарламентским связям с Японией Амины Агазаде с делегацией во главе с членом Палаты советников парламента Японии Митихиро Исибаси.
- Стороны обсудили укрепление дружественных отношений и развитие межпарламентского диалога.
- Отмечен рост сотрудничества в экономике, энергетике, культуре и образовании.
- Подчеркнута важность регулярного диалога и обмена опытом в законодательной сфере.
Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.
Bildirilib ki, Əminə Ağazadə qonaqları salamlayaraq bu səfərin ölkələrimiz arasında dostluq münasibətlərinin möhkəmlənməsinə, həmçinin parlamentlərarası dialoqun inkişafına töhfə verəcəyinə əminliyini bildirib.
O, Azərbaycan-Yaponiya münasibətlərinin qarşılıqlı hörmət, etimad və uzunmüddətli tərəfdaşlıq prinsipləri üzərində qurulduğunu, son dövrdə siyasi dialoqun intensivləşməsinin və yüksək səviyyəli qarşılıqlı təmasların əlaqələrimizə yeni dinamika qazandırdığını deyib.
Qeyd olunub ki, iki ölkə arasında iqtisadiyyat, enerji, mədəniyyət və təhsil sahələrində əməkdaşlıq yeni mərhələyə yüksəlib.
Yaponiya parlamentinin Müşavirlər Palatasının üzvü Miçihiro İşibaşi göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirib.
O, Azərbaycan ilə əməkdaşlığın davam etdirilməsində maraqlı olduqlarını ifadə edərək qarşılıqlı səfərlərin və təmasların ölkələrimiz arasında əlaqələrin daha da möhkəmlənməsində əhəmiyyətini qeyd edib.
Görüşdə Milli Məclisin Yaponiya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Nizami Səfərov, Yaponiya Konstitusional Demokratik Partiyasının üzvü Şoci Namba və Yaponiyanın ölkəmizdəki səfiri Katsuya Vatanabe çıxış edərək Azərbaycan və Yaponiya arasında münasibətlərin inkişaf perspektivləri barədə fikirlərini səsləndiriblər, ikitərəfli əməkdaşlığın müxtəlif istiqamətlər üzrə daha da genişləndirilməsinin vacibliyini qeyd ediblər.
Söhbətdə parlamentlərarası əlaqələrin ikitərəfli münasibətlərin inkişafındakı rolundan bəhs olunub. Qanunverici orqanlar arasında müntəzəm dialoqun, həmçinin qanunvericilik sahəsində təcrübə mübadiləsinin davam etdirilməsinin əhəmiyyəti vurğulanıb.
Комментарии
Загрузка…
Оставить комментарий