- Лесной пожар на юго-западе Франции угрожает военным предприятиям в Бордо.
- Под угрозой заводы Safran, Thales, Dassault и ArianeGroup.
- ArianeGroup производит топливо для баллистических ракет M51 и двигатели для Ariane 6.
- Министерство вооруженных сил Франции выделило дополнительные силы для защиты объектов.
Fransa KİV-nin məlumatına görə, alov Arkaşon körfəzi ətrafını bürüyərək regiondakı Bordo aqlomerasiyasına yaxınlaşır. Həmin ərazidə Fransanın müdafiə sənayesi üçün mühüm əhəmiyyət daşıyan müəssisələr, o cümlədən "Safran", "Thales", "Dassault" və "ArianeGroup" şirkətlərinin obyektləri yerləşir.
Qeyd olunub ki, "ArianeGroup"un Bordodakı müəssisələri arasında M51 ballistik raketləri üçün yanacaq istehsal edən zavod, "Ariane 6" daşıyıcı raketi üçün mühərrik istehsal edən müəssisə, eləcə də Avropanın raket və silah istehsalçısı MBDA üçün raket mühərrik sistemləri istehsal edən törəmə şirkəti "Roxel France" yer alır.
Fransanın Silahlı Qüvvələr Nazirliyi həmin obyektlərin təhlükəsizliyinin təmin olunması üçün əlavə qüvvə və vasitələr ayırıb.
Комментарии
Загрузка…
Оставить комментарий