- В январе-июне 2026 года в Азербайджан прибыло 1 092 600 иностранцев и лиц без гражданства, что на 10,3% меньше, чем за аналогичный период прошлого года.
- Основные страны происхождения: Россия (28,1%), Турция (21,0%), Иран (8,2%), Грузия (4,9%), Казахстан (4,6%).
- Число прибывших из стран Персидского залива сократилось на 31,4%, из других стран – на 14,1%.
- Количество выезжающих за рубеж граждан Азербайджана снизилось на 5,1% до 937 400 человек.
- Основные направления выезда: Турция (41,5%), Россия (17,1%), Грузия (11,7%), Иран (6,2%).
Day.Az xəbər verir ki, Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən, gələnlərin 28,1 faizi Rusiya Federasiyası, 21,0 faizi Türkiyə, 8,2 faizi İran, 4,9 faizi Gürcüstan, 4,6 faizi Qazaxıstan, 3,2 faizi Özbəkistan, 2,9 faizi Pakistan, 2,8 faizi Hindistan, 2,6 faizi İsrail, 2,4 faizi Çin, 1,8 faizi Səudiyyə Ərəbistanı, 1,6 faizi Ukrayna, 1,3 faizi Türkmənistan, hər birindən 1,1 faiz olmaqla Almaniya və Böyük Britaniya vətəndaşları olub. Digər ölkələrin vətəndaşları və vətəndaşlığı olmayan şəxslər ümumi gələnlərin 12,4 faizini təşkil edib.
Ölkəyə gələnlərin 68,7 faizi kişilər, 31,3 faizi isə qadınlar olub.
2025-ci ilin yanvar-iyun ayları ilə müqayisədə Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 9,3 faiz artaraq 54,4 min nəfərə, MDB ölkələrindən gələnlərin sayı 1,8 faiz artaraq 430,4 min nəfərə çatıb. Eyni zamanda körfəz ölkələrindən gələnlərin sayı 31,4 faiz azalaraq 127,7 min nəfər, digər ölkələrdən gələnlərin sayı isə 14,1 faiz azalaraq 480,1 min nəfər təşkil edib.
Azərbaycana gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin 71,1 faizi hava, 27,5 faizi dəmir yolu və avtomobil, 1,4 faizi isə dəniz nəqliyyatından istifadə edib.
Bununla yanaşı, 2026-cı ilin yanvar-iyun aylarında xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,1 faiz azalaraq 937,4 min nəfər olub.
Xaricə səfər edən vətəndaşların 41,5 faizi Türkiyəyə, 17,1 faizi Rusiya Federasiyasına, 11,7 faizi Gürcüstana, 6,2 faizi İrana, 23,5 faizi isə digər ölkələrə gedib. Ötən ilin eyni dövrü ilə müqayisədə Türkiyəyə səfərlər 3,5 faiz, Gürcüstana səfərlər 0,2 faiz artıb, Rusiyaya səfərlər 3,0 faiz, İrana səfərlər isə 41,0 faiz azalıb.
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının 66,5 faizini kişilər, 33,5 faizini qadınlar təşkil edib.
Hesabat dövründə xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının 69,8 faizi hava, 28,1 faizi dəmir yolu və avtomobil, 2,1 faizi isə dəniz nəqliyyatından istifadə edib.
Комментарии
Загрузка…
Оставить комментарий