- В Баку в автобусе №211 произошел конфликт между женщиной-пассажиром и водителем из-за детского самоката.
- Водитель не разрешил провозить самокат, что противоречит правилам.
- Компания 'Baku Bus' признала неправильное применение правил водителем.
- Принесены извинения пассажиру и ее ребенку.
- Водитель будет привлечен к дисциплинарной ответственности, проведен дополнительный инструктаж для всех водителей.
Sosial şəbəkələrdə yayılan görüntülərdə qadının uşağına məxsus skuteri avtobusla aparmaq istədiyi, sürücünün isə buna icazə vermədiyi görünür.
Day.Az xəbər verir ki, "Baku Bus" MMC-dən Trend -in sorğusuna cavab olaraq bildirilib ki, məsələ araşdırılıb və hadisə zamanı avtobus sürücüsü tərəfindən uşaq skuterinin avtobusda daşınması ilə bağlı qüvvədə olan qaydalar düzgün tətbiq edilməyib.
Qeyd olunub ki, "Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları"nın 5.1-ci bəndinə əsasən, müntəzəm avtobus marşrutlarında sərnişin özü ilə ölçüləri 60 sm × 40 sm × 20 sm-dək, çəkisi 20 kiloqramdan çox olmayan bir ədəd əl yükünü və uşaq arabasını ödənişsiz daşımaq hüququna malikdir.
Bildirilib ki, hadisə zamanı sürücü tərəfindən qaydaların tətbiqində anlaşılmazlıq yaranıb. Bununla əlaqədar sərnişindən, xüsusilə də onun azyaşlı övladından üzr istənilib.
"Baku Bus" əlavə edib ki, hadisə ilə bağlı sürücü barəsində müvafiq intizam tədbiri görüləcək, eyni zamanda analoji halların təkrarlanmaması məqsədilə bütün sürücülər üçün mövcud qaydalar üzrə əlavə təlimatlandırma aparılacaq.
Комментарии
Загрузка…
Оставить комментарий