- В Нахчыване при таможенном контроле изъято более 53 кг метамфетамина.
- Наркотик был обнаружен в грузовике, перевозившем безалкогольные напитки транзитом через Азербайджан.
- Использовались стационарный рентгеновский аппарат и служебная собака.
- Изъято 312 пластиковых контейнеров с жидким метамфетамином общим весом 53 кг 817,183 г.
Day.Az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi məlumat yayıb.
Bildirilib ki, qurumda aparılan risk təhlilləri nəticəsində Naxçıvan Baş Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdikləri kompleks gömrük nəzarəti tədbirləri zamanı əməliyyat uğurla həyata keçirilib.
Məlumata görə, "Şahtaxtı" gömrük postunda Azərbaycan ərazisindən tranzit keçməklə "alkoqolsuz içkilər" yükü daşıyan nəqliyyat vasitəsi stasionar rentgen qurğusu və kinoloji xidmət itinin tətbiqi ilə yoxlanılıb.
Yoxlama zamanı iki paletdə yerləşən 312 ədəd açıq mavi rəngli plastik qabda maye halında xalis təmiz çəkisi 53 kiloqram 817,183 qram olan xüsusilə külli miqdarda psixotrop maddə - metamfetamin aşkar edilərək götürülüb.
Комментарии
Загрузка…
Оставить комментарий