Day.Az xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, bu problem xüsusilə ekran qarşısında uzun vaxt keçirən insanlarda daha çox müşahidə edilir.
Oftalmoloq, professor Vyaçeslav Kurenkov bildirib ki, gözün sağlamlığını qoruyan göz yaşı sistemi üç qatdan ibarətdir və bu sistemin normal fəaliyyətinin pozulması gözün ön səthində quruluq və digər narahatlıqlara səbəb olur.
Oftalmoloq Olqa Vasilyevanın sözlərinə görə, ekran qarşısında uzun müddət diqqətlə baxarkən insanların göz qırpması azalır, nəticədə göz səthi quruyur. Həkimlər quru göz sindromunun əsas əlamətləri kimi gözlərin qızarması, yanma, qum və yad cisim hissini göstərərək, bu simptomlar davam etdikdə oftalmoloqa müraciət etməyi tövsiyə edirlər.
Комментарии
Загрузка…
Оставить комментарий