"Report" xəbər verir ki, bu barədə TDT məlumat yayıb.
Qeyd olunur ki, görüş İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) peşəkar inkişaf sammiti çərçivəsində keçirilib.
Görüş zamanı Anar Əliyev ötən ilin dekabrında Bakıda TDT ölkələrinin Əmək, Məşğulluq və Sosial Müdafiə nazirlərinin 1-ci iclasının uğurla keçirildiyini xatırladıb, qəbul edilmiş Bəyannamənin səmərəli həyata keçirilməsinin vacibliyini vurğulayıb.
O, həmçinin bildirib ki, Azərbaycanda icbari sosial sığorta sisteminin inzibatçılığı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyinə verilib. Kubanıçbek Omuraliyev TDT Katibliyinin dəstəyi ilə Bakıda əldə olunan nazirlər səviyyəsində qərarların həyata keçirilməsində işçi qrupun əhəmiyyətli rolunu vurğulayıb və son zamanlar Azərbaycanda sosial sığorta sisteminin inkişafında əldə olunan irəliləyişi alqışlayıb.
Tərəflər həmçinin türk dünyasında inklüziv və dayanıqlı əmək və sosial müdafiə sistemlərinin inkişafına yardım məqsədilə TDT-yə üzv dövlətlər arasında sıx əməkdaşlığın davam etdirilməsinin vacibliyini vurğulayıblar.
Şərhlər
Yüklənir…
Şərh yazın