Vladislav Plotnikov küçəsində hərəkət birtərəfli qaydada təşkil ediləcək.
Bu barədə Report-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib, qərar Nəqliyyat üzrə Koordinasiya Şurası tərəfindən qəbul edilib.
Qeyd olunur ki, əvvəllər qarşıdan gələn hərəkət zamanı avtomobillər bir-birinə maneə yaradırdı ki, bu da yol hərəkəti təhlükəsizliyinə mənfi təsir göstərirdi.
Mənbə: report.az