"Report" xəbər verir ki, bunu Məzahir Pənahov MSK-da keçirilən iclasda deyib.

O bildirib ki, Azərbaycanda keçmişdən qalma seçki "adət-ənənələri" var idi:

"Buna görə, 15-16 faiz məntəqədə ölkə başçısının tapşırığı ilə veb-kameralar qoyuldu. Həmin kameralara baxmaq üçün heç bir icazəyə ehtiyac yoxdur. Bunun dünyada analoqu yoxdur. Sevindirici haldır ki, bu təklifi ölkə prezidenti məhz özü verib".