Azərbaycanın bəzi rayonlarında, xüsusilə də qərb və şimal bölgələrində intensiv yağış yağacaq, şimşək çaxacaq. Dağlıq ərazilərdə isə qar gözlənilir. Havanın temperaturu Bakıda gecə 8-10, gündüz 14-16 dərəcə isti olacaq. Regionlarda gecə 5-10, gündüz 12-17 dərəcə isti təşkil edəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi vətəndaşları ehtiyatlı olmağa, küləkli havada açıq yerlərdən uzaq durmağa çağırır.
Mənbə: oxu.az