Slovakiya Prezidenti Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəlib
Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrini iyulun 13-də Azərbaycana rəsmi səfərə gəlib. Day.Az AZƏRTAC-a istinadən xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.